Tramp sabah İranla bağlı ciddi qərarı elan edəcək
ABŞ prezidenti Donald Tramp 29 mayda köməkçiləri ilə görüşdə İranla ilkin razılaşmanın təsdiq edilib-edilməməsi ilə bağlı yekun qərar vermək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "Truth Social" qəzetində Tehran və Vaşinqton arasında əldə edilən razılaşmanı şərh edərkən yazıb: "İndi yekun qərar vermək üçün Ağ Evin Vəziyyət Otağında görüş keçirəcəyəm".
Tramp, həmçinin bildirib ki, sazişin müddəalarına uyğun olaraq, İran nüvə silahlarından birdəfəlik imtina etməlidir.
"İran heç vaxt nüvə silahına və ya bombasına sahib olmayacağına razı olmalıdır".
19:37 29.05.2026
Oxunuş sayı: 45