Azərbaycanda üç elm və mədəniyyət xadiminə Dövlət Mükafatı verilib - SƏRƏNCAM
Azərbaycanda 2026-cı il üçün elm və mədəniyyət sahələrində fəaliyyət göstərən üç nəfərə Dövlət Mükafatı verilib.
Crossmedia.az xəbər verir ki, Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatları aşağıdakı şəxslərə verilsin:
Elm sahəsi üzrə
Asəf Hacı oğlu Hacıyev – "Çoxölçülü reqressiya analizi və süni intellekt" kitabına görə
Tarix Meyrut oğlu Dostiyev – Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə
Mədəniyyət sahəsi üzrə
Eldar Hidayət oğlu Mikayılzadə – "Azərbaycan xalçası – ilmələrin rəqsi", "Xəmsə" silsilələri və "Səmavi dinlər" triptixinə görə.
16:48 26.05.2026
Oxunuş sayı: 43