Üçüncü dünya müharibəsinin başlanması ABŞ və İrandan asılıdır?
ABŞ Prezidenti Donald Tramp “ABC News” telekanalına telefonla müsahibəsində deyib ki, İranla münasibətlərdə hər şey tamamilə ondan asılıdır.
Qlobal siyasətdə bəzi liderlərin bəyanatları tarixin gedişatını təkbaşına dəyişə biləcək qədər iddialı görünür. Trampın İranla münasibətlərə dair "Hər şey məndən asılıdır" yanaşması da məhz belə bir iddiadır. Lakin real siyasətin pərdəarxası hər zaman bəyanatlardan daha mürəkkəbdir. Ağ Evin sahibi güclü səlahiyyətlərə malik olsa da, Vaşinqtonun dərin siyasi mexanizmləri və qarşı tərəfin iradəsi nəzərə alınmadan atılan hər bir addım sülhdən çox, yeni bir böhrana yol aça bilər.

Məsələ ilə bağlı politoloq Samir Hümbətov Crossmedia.az-a açıqlama verib:
"Amerikada qərar verən şəxs yalnız Tramp deyil. Düzdür, ordunun ali baş komandanıdır, prezident olaraq dövlətin idarə edilməsi onun əlindədir. Amma Trampın özünün üzərində də bir nəzarət var. Ona görə də düşünmürəm ki, Tramp üçün hər şey o qədər asan olsun. Məsələ burasındadır ki, hər iki tərəfdə istək olmadan bu razılaşmanı necə gerçəkləşdirəcəklər? Bu özü sual doğurur. Qarşılıqlı razılaşma olmadan sülhə nail olmaq mümkün deyil. Sülhə nail olunmasa, bu, yeni bir müharibənin hətta üçüncü dünya savaşının başlanğıcı ola bilər".
Turqut Ansari
18:01 26.05.2026
Oxunuş sayı: 46