Kubanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Crossmedia.az xəbər verir ki, mətndə deyilir:
"Zati-aliləri cənab Prezident.
Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
İki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə fəaliyyətimizi davam etdirmək əzmimizi bir daha təsdiqləyirəm.
Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".
15:21 25.05.2026
Oxunuş sayı: 50