Overçukdan Ermənistana xəbərdarlıq: Seçim etməlidirlər
İrəvan mümkün qədər tez Avropa İttifaqına (Aİ) və ya Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq barədə qərar verməlidir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.
"Bu gün Ermənistanda qəbul edilən bəyanatları və qanunvericiliyi nəzərə alsaq, Ermənistanın Aİİ və ya Aİ arasında seçim etməsini düzgün hesab edərdik".
Overçuk əlavə edib ki, heç kim Ermənistanı Aİİ-dən çıxarmır: “Onlar sadəcə Aİ-yə qoşulmaq istədiklərini bildiriblər. Qərar verməlidirlər. Bu nə qədər tez edilsə, hamı üçün bir o qədər yaxşı olacaq”.
Baş nazirin müavininin sözlərinə görə, Ermənistanın iştirakı həm də bütün AİB dövlətləri üçün daxili bazarlarını Ermənistan mallarına açmaq deməkdir: "Bu, daxili bazarımızda Ermənistan malları ilə rəqabətin artması deməkdir. Bu, iqtisadiyyatlarımız üçün mütləq mənfi cəhət ola bilər. Rusiyanın müttəfiqi kimi Ermənistan enerji resurslarına güzəştli qiymətlərdən istifadə edir. Ermənilər AİB-dən çıxmaq qərarına gələrsə, bu məsələlər sivil şəkildə həll edilməlidir".
19:30 22.05.2026
Oxunuş sayı: 59