Daha bir ərazidə ödənişsiz parklanma məntəqələri yaradılıb
Bakının Sabunçu rayonunun Əsildar Məmmədəliyev küçəsində yerləşən Sabunçu Tibb Mərkəzinin qarşısında ödənişsiz parklanma məntəqələri və 3 minib-düşmə yeri yaradılıb.
Bu barədə Crossmedia.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Sözügedən ünvanda parklanma tələbatı və tibb müəssisəsinə gələn axın nəzərə alınaraq "5.15"–"duracaq yeri" yol nişanı quraşdırılmaqla ödənişsiz parklanma məntəqələri, həmçinin "3.28"–"durmaq qadağandır" yol nişanı quraşdırılmaqla 3 minib-düşmə yeri yaradılıb. Eyni zamanda "5.14"–"minik taksilərinin duracaq yeri" yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.
Bu, xaotik vəziyyətin və nizamsız parklanmanın tənzimlənməsi, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təşkil olunub",- məlumatda deyilir.
19:13 22.05.2026
Oxunuş sayı: 60