Yağıntılı hava şəraiti bu vaxtadək davam edəcək
Azərbaycanın rayonlarında qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 25-i axşamadək davam edəcəyi gözlənilir.
Crossmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
19:52 22.05.2026
Oxunuş sayı: 41