Prezidentin gündəliyi

Dövlət başçısı bu qanuna dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Crossmedia.az xəbər verir ki, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların əhatə dairəsi genişləndirilir. Həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsi də əlavə olunub.

Daşınar əmlakın seriya nömrəsi istehlakçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsidir.

13:24 16.12.2024

Oxunuş sayı: 12124

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR