İqlim dəyişikliyinə adaptasiya vacibdir - Ağakərim Səmədzadə
Mən istəyirəm adaptasiya tədbirlərindən də danışaq.
Crossmedia.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.
O, əlavə edib ki, əsas prioritetlər erkən xəbərdarlıq sistemlərimin qurulmasıdır.
Bunlar BMT-nin tələbləri ilə uyğunluq təşkil edir. Bakı və Sumqayıtda da bu sahədə addımlar atılır, ağaclar əkilir, bina tikintilərinə diqqət edilir. Bundan əlavə karbon təsirlərini aşağı səviyyəyə salırıq.
Həmçinin su ehtiyatlarından səmərəli istifadə də bura daxildir. İqlim dəyişikliyi dedikdə nəzərdə tutulan şəhər insanlar üçün əlverişli şəraitdir. Bunun üçün effektiv işlər aparılmalı və fəaliyyətləri əlaqələndirilməlidir. Azərbaycanda bu işlər çox yüksək səviyyədə həyata keçirilir.
Ayhan
13:53 20.05.2026
Oxunuş sayı: 57