ABŞ Çin şirkətlərini cəzalandırıb
ABŞ ölkə prezidenti Donald Tramp və Çin lideri Si Cinpin görüşündən əvvəl Çin şirkətlərini müharibədə İrana kömək etdiklərinə görə cəzalandırıb.
Crossmedia.az "The Financial Times"-a istinadən xəbər verir.
ABŞ Yaxın Şərqdəki hərbi qurğularının peyk görüntülərini İrana təqdim etdiklərinə görə Çin şirkətlərinə sanksiyalar tətbiq edib.
Vaşinqtona görə, bu cür məlumatlar ABŞ ordusuna və tərəfdaşlarına qarşı hücumlar təşkil etmək üçün istifadə edilə bilərdi.
Sanksiyalar Dövlət Departamentinin məlumatına görə, "Epik Qəzəb" əməliyyatı zamanı ABŞ hərbi fəaliyyətinin görüntülərini təqdim edən və ya dərc edən Çin şirkətlərinə qarşı yönəlib. Çin peyk şirkəti "Chang Guang Satellite Technology"-ə də məhdudiyyətlər tətbiq edilib: o, ABŞ və müttəfiq qurğularının görüntülərini İran üçün toplamaqda və məlumatları Yəməndəki husilərə ötürməkdə ittiham olunur.
Şirkət artıq 2023-cü ildən bəri ABŞ sanksiyaları altında idi.
18:35 09.05.2026
Oxunuş sayı: 38