ABŞ qoşunları Ukrayna sərhədi yaxınlığında arta bilər
ABŞ qoşunları Ukrayna sərhədi yaxınlığında arta bilər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Ağ Ev rəhbəri Donald Tramp Almaniyadan Polşaya qoşunların köçürülməsinə icazə verib.
Varşava artıq cavab olaraq əlavə Amerika qüvvələrini qəbul etməyə hazır olduğunu bildirib.
Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, ölkə NATO-nun şərq cinahını gücləndirmək və Avropanın daha yaxşı müdafiəsini təmin etmək üçün əlavə Amerika qoşunlarını qəbul etməyə hazırdır.
Hazırda Polşada Vrotslav, Povidz, Lask və Dravsko-Pomorskie voyevodalığında Amerika bazaları tikilir və ya genişləndirilir.
18:25 09.05.2026
Oxunuş sayı: 42