Polşa Aİ ilə 43,7 milyard avroluq kredit müqaviləsi imzalayıb
Polşa Avropa İttifaqı(Aİ) ilə 43,7 milyard avroluq böyük kredit müqaviləsi imzalayıb.
Bu, Aİ-nin 150 milyard avroluq yeni müdafiə proqramı çərçivəsində imzalanan ilk və ən böyük razılaşmadır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Polşa ilkin 6,5 milyard avro (15%) ilkin vəsait alacaq. Qalan pullar isə 2030-cu ilə qədər xərclənəcək.
Bu vəsaitlər əsasən hava hücumundan müdafiə, antidron sistemləri, artilleriya, sursat və sərhədlərin möhkəmləndirilməsinə yönəldiləcək.
Pulların böyük hissəsi, yəni təxminən 89%-i Polşanın öz müdafiə sənayesinə veriləcək.
17:45 09.05.2026
Oxunuş sayı: 46