Kruiz gəmisində infeksiya aşkarlanıb
ABŞ-dən Karib hövzəsinə səfərə çıxan kruiz gəmisində norovirus infeksiyası aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb.
Bildirilib ki, gəmidə 102 sərnişin və 13 heyət üzvü virusa yoluxub.
Yoluxma halları “Caribbean Princess” kruiz gəmisində qeydə alınıb. Gəmi aprelin 28-də “Fort Lauderdale” limanından yola düşərək 13 günlük Karib dənizi turuna başlayıb. Onun mayın 11-də “Port Canaveral” limanına qayıtması planlaşdırılır.
Hazırda Şimali Atlantik sularında hərəkət edən gəminin növbəti dayanacağının Puerto-Plata olacağı bildirilib.
Mərkəzin açıqlamasına əsasən, yoluxma hallarının artmasından sonra gəmidə dezinfeksiya və təcrid tədbirləri gücləndirilib. Səhiyyə rəsmiləri gəmi Florida sahillərinə çatana qədər yoluxanların sayının arta biləcəyini istisna etmirlər.
17:15 09.05.2026
Oxunuş sayı: 48