Rusiya və İran Xəzər dənizi vasitəsilə sanksiyalardan yan keçir?
Rusiya Qərbin sanksiyalarından yan keçmək üçün Xəzər dənizi üzərindən İranla yeni logistika marşrutundan istifadə edir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Məlumata görə, bu yol vasitəsilə həm hərbi, həm də mülki təyinatlı yüklərin İrana daşındığı bildirilir. Qəzetin iddiasına əsasən, marşrut xüsusilə təchizat və ticarət axınını davam etdirmək üçün alternativ kanal kimi istifadə olunur.
Bildirilib ki, bu istiqamət Rusiya üçün Qərb sanksiyalarının təsirini azaltmaq və İranla əməkdaşlığı gücləndirmək baxımından strateji əhəmiyyət daşıyır.
15:35 09.05.2026
Oxunuş sayı: 58