Ukrayna prezidenti "Avropa Günü" ilə bağlı AÇIQLAMA verib
Ukrayna Prezidenti Volodimir Zelenski "Avropa Günü" münasibətilə açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Volodimir Zelenski bildirib ki, Ukrayna bu günü yalnız rəsmi tədbir və ya şüarlarla deyil, real siyasi və tarixi seçim kimi qeyd edir.
O qeyd edib ki, Ukrayna artıq Avropa ailəsinin ayrılmaz hissəsidir və ölkə həm müstəqilliyini, həm də gələcəyini müdafiə etməklə Avropanın dəyərlərini qoruyur.
Zelenski vurğulayıb ki, genişmiqyaslı müharibənin başlanğıcından etibarən Avropa Ukraynanın yanında olub və bu dəstək xeyriyyəçilik deyil, qitənin sülhü və təhlükəsizliyi üçün verilmiş strateji seçimdir.
Ukrayna prezidenti əlavə edib ki, ölkəsi öz dövlətini, xalqını və Avropada gələcək seçimini qorumaqda davam edəcək.

14:12 09.05.2026
Oxunuş sayı: 57