Benzin BAHALAŞIB
ABŞ senatoru Bernie Sanders bildirib ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən İrana qarşı başladıldığı iddia edilən müharibədən sonra ABŞ-də yanacaq qiymətləri kəskin artıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Senatorun sözlərinə görə, benzinin bir qallonu 2,98 dollardan 4,55 dollara yüksəlib.
O qeyd edib ki, bu vəziyyət xüsusilə işləyən ailələr üçün ciddi iqtisadi yük yaradır:
“İşləyən ailələr bu xərcləri ödəyə bilməzlər. Biz qanunsuz müharibəyə milyardlarla dollar xərcləmək əvəzinə, Amerika xalqının ehtiyaclarına investisiya qoymalıyıq.”
Bernie Sanders əlavə edib ki, müharibəyə ayrılan vəsaitlər daxili sosial və iqtisadi sahələrə yönəldilməlidir və gərginliyin dərhal dayandırılması lazımdır.
13:40 09.05.2026
Oxunuş sayı: 42