İranın hücumları ilə bağlı qalmaqallı hesabat yayılıb
“The Washington Post” qəzeti peyk görüntülərinin təhlilinə əsaslanaraq İranın ABŞ hədəflərinə endirdiyi zərbələrin miqyası ilə bağlı yeni iddialar yayıb.
Crossmedia.az xəbər verir ki, nəşrin məlumatına görə, Yaxın Şərqdə ABŞ-a məxsus obyektlərə edilən hücumlar nəticəsində ümumilikdə 228 hərbi avadanlıq və infrastrukturun zədələndiyi və ya məhv edildiyi bildirilir.
Məlumata əsasən, zədələnən obyektlər arasında anqarlar, kazarmalar, yanacaq anbarları, radar sistemləri, hava hücumundan müdafiə vasitələri və rabitə qovşaqları yer alır.
Qəzet iddia edir ki, ABŞ Silahlı Qüvvələrinin Bəhreyn, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən ən azı 15 hərbi bazası hücuma məruz qalıb.
Hesabatda həmçinin qeyd olunur ki, hücumlar nəticəsində yeddi ABŞ hərbçisi həlak olub, 400-dən çox hərbçi isə yaralanıb.
Məlumata görə, Donald Trump İranla bağlı açıqlamasında Tehranın nüvə razılaşmasını qəbul etməməsi halında sərt addımların atıla biləcəyini bildirib və “böyük nəticələr” barədə xəbərdarlıq edib.
Qeyd edək ki, iddialarla bağlı rəsmi Vaşinqton tərəfindən hələlik təsdiqedici açıqlama verilməyib.
13:24 09.05.2026
Oxunuş sayı: 46