Ermənistan rəsmisi: Rusiya ilə fikir ayrılığı var, amma böhran yoxdur
Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan iki ölkə arasında müzakirə olunan müəyyən problemlər və məsələlərin mövcudluğunu etiraf etsə də, Ermənistanla Rusiya arasında münasibətlərdə böhran yaşanmadığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir müavini son qlobal proseslər fonunda fikir ayrılıqlarının yaranmasını normal hal kimi qiymətləndirib.
O, Ermənistan səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılması məsələsinə də toxunaraq bildirib ki, bu addım İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammiti ilə bağlıdır. Səfəryanın sözlərinə görə, Ermənistan lazım gəldikdə bu məsələyə cavab verəcək.
13:08 09.05.2026
Oxunuş sayı: 51