Polşa Aİ ilə 43,7 milyard avroluq müdafiə krediti imzalayıb
Polşa Avropa İttifaqı ilə 43,7 milyard avroluq böyük kredit müqaviləsi imzalayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Bu razılaşma Aİ-nin 150 milyard avroluq yeni müdafiə proqramı çərçivəsində imzalanan ilk və ən iri saziş hesab olunur.
Məlumata görə, Polşa ilkin mərhələdə 6,5 milyard avro (ümumi məbləğin 15 faizi) həcmində vəsait alacaq. Qalan maliyyə vəsaitlərinin isə 2030-cu ilə qədər mərhələli şəkildə istifadə olunması planlaşdırılır.
Vəsaitlərin əsas hissəsi hava hücumundan müdafiə sistemləri, antidron texnologiyaları, artilleriya, sursat təminatı və sərhəd təhlükəsizliyinin gücləndirilməsinə yönəldiləcək.
Bildirilir ki, ayrılan vəsaitin təxminən 89 faizi Polşanın yerli müdafiə sənayesinin inkişafına sərf olunacaq.
11:40 09.05.2026
Oxunuş sayı: 48