Avropa İttifaqından Rusiya siqnalı: danışıqlar gündəmdə
Avropa İttifaqı Rusiya prezidenti Vladimir Putinlə mümkün danışıqlara hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antoniu Koşta məlumat verib.
“Financial Times” nəşrinin yaydığı məlumata görə, Koşta bildirib ki, Aİ-yə üzv 27 ölkənin lideri ilə danışıqlar apararaq, münasib vaxt yetişəndə Rusiya ilə hansı formatda və hansı mövzular ətrafında müzakirələrin aparılacağını müəyyənləşdirirlər.
Onun sözlərinə görə, danışıqlar üçün müəyyən potensial mövcuddur, lakin hələlik Rusiya tərəfindən bununla bağlı heç bir siqnal daxil olmayıb.
Koşta əlavə edib ki, Avropa İttifaqı ABŞ-ın apardığı danışıqlara mane olmaq niyyətində deyil.
Nigar Xəlilli
14:07 08.05.2026
Oxunuş sayı: 36