Rusiya Müdafiə Nazirliyi Ukraynanı atəşkəsi pozmaqda ittiham edib
Rusiya Müdafiə Nazirliyi mayın 8-dən 10-dək elan olunan atəşkəs rejiminə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin hücumlarını davam etdirdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Nazirliyin açıqlamasına görə, Belqorod və Kursk vilayətlərində Rusiya hərbçilərinin mövqeləri və mülki hədəflər pilotsuz uçuş aparatları və artilleriya atəşinə məruz qalıb.
Bildirilib ki, atəşkəs rejiminin ümumilikdə 1365 dəfə pozulduğu qeydə alınıb. Məlumata əsasən, 153 artilleriya hücumu və 887 PUA zərbəsi həyata keçirilib.
Rusiya tərəfi həmçinin 390 pilotsuz uçuş aparatı və 6 “Neptun” raketi daxil olmaqla 396 hava hədəfinin vurulduğunu iddia edib.
Nazirlik əlavə edib ki, Rusiya qüvvələri cavab tədbirləri çərçivəsində artilleriya mövqelərinə və PUA buraxılış nöqtələrinə zərbələr endirib.
14:15 08.05.2026
Oxunuş sayı: 38