Özbəkistan ÜTT ilə danışıqları sürətləndirir
Özbəkistan 2026-cı ildə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmağı hədəfləyir.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu məqsədlə ölkədə onlarla normativ akt yenidən nəzərdən keçirilib, biznes üçün qaydalar sadələşdirilib və yüzlərlə məhsul üzrə məcburi sertifikatlaşdırma ləğv edilib.
Məlumata görə, Daşkənd artıq ÜTT-yə üzv dövlətlərlə 40-dan çox danışıqlar aparıb və 30-dan artıq ticarət sənədi hazırlayıb.
Nigar Xəlilli
13:05 08.05.2026
Oxunuş sayı: 42