Qroznıda iki nöqtədə partlayış: hakimiyyətdən açıqlama yoxdur
Çeçenistanın paytaxtı Qroznı şəhərində pilotsuz uçuş aparatlarının hücumundan sonra ən azı iki partlayış qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ASTRA nəşri yayılan videoların OSINT təhlilinə istinadən məlumat yayıb.
Məlumata görə, zərbələrdən biri Rusiyanın ən böyük hərbi bazalarından birinin və 42-ci motoatıcı diviziyanın qərargahının yerləşdiyi Xankala rayonuna endirilib.
İkinci zərbənin isə dəmiryolu vağzalı yaxınlığında, Çeçenistan üzrə Federal Təhlükəsizlik Xidmətinin (FSB) binasının yerləşdiyi əraziyə düşdüyü bildirilir.
Çeçenistan hakimiyyəti hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Nigar Xəlilli
12:55 08.05.2026
Oxunuş sayı: 60