Karapetyandan Ermənistanla bağlı qalmaqallı açıqlamalar
Ermənistanın baş nazirliyinə namizəd, rusiyalı iş adamı Samvel Karapetyan hakimiyyətə gələrsə, dövlət səviyyəsində imzalanmış heç bir sənədin dayandırılmayacağını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
O,bununla yanaşı həmin sənədlərdə qeyd olunanların hamısının mütləq icra olunmayacağını da vurğulayıb.
Karapetyan TRIPP layihəsi ilə bağlı suala cavab verərkən bu fikirləri səsləndirib.
O həmçinin Ermənistanın siyasi gələcəyi ilə bağlı sərt bəyanatlar səsləndirib və Nikol Paşinyanın yenidən baş nazir seçiləcəyi təqdirdə ölkənin “Azərbaycan vilayətinə” çevrilə biləcəyi iddiasını irəli sürüb.
13:22 08.05.2026
Oxunuş sayı: 45