Paşinyan Rusiyanın Ermənistanla bağlı planlarını tənqid edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanı ölkəsinin suverenliyinə qarşı addımlar atmaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Paşinyan 2018-ci ildə Ermənistanla bağlı müxtəlif ssenarilərin mövcud olduğunu bildirib.
Onun sözlərinə görə, həmin planlara əsasən Ermənistanın tam suveren dövlət deyil, “müxtəlif mənbələrdən icazə alaraq fəaliyyət göstərən” bir quruma çevrilməsi nəzərdə tutulurdu.
Paşinyan bu yanaşmanı tənqid edərək, Ermənistanın müstəqil dövlət kimi inkişaf etdiyini vurğulayıb.
13:00 08.05.2026
Oxunuş sayı: 41