Simonyan: 2020-ci ildə Rusiya Ermənistanı tək qoydu
Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında Ermənistan–Rusiya münasibətləri və ölkənin xarici siyasət kursu ilə bağlı sərt fikirlər səsləndirib.
Crossmedia.az bu barədə "News.am"a istinadən xəbər verir.
Simonyan bildirib ki, 2020-ci ildə baş verən proseslər zamanı Rusiya Ermənistanı tək buraxıb. Onun sözlərinə görə, həmin dövrdə Moskva həm Azərbaycanla hərbi əməkdaşlıq edir, həm də Ermənistanla müttəfiqlik münasibətlərini davam etdirirdi.
Ermənistan parlamentinin sədri qeyd edib ki, İrəvan öz milli maraqlarını qorumağa çalışır və hər addımda Rusiyanın reaksiyasını nəzərə almaq məcburiyyətində deyil. Onun sözlərinə görə, Ermənistan artıq yalnız öz təhlükəsizliyini və maraqlarını əsas götürür.
Simonyan əlavə edib ki, ölkəsinin keçmişdə asılı vəziyyətdə olduğunu düşünür və bu dövrdə siyasi qərarların xarici təsirlər altında formalaşdığını iddia edib. O bildirib ki, 2018-ci ildən sonra Ermənistan daha müstəqil siyasət yürütməyə çalışır.
Parlament sədri həmçinin vurğulayıb ki, Ermənistanın gələcək inkişafı başqa güclərdən asılılıq üzərində deyil, ölkənin müstəqil seçimləri üzərində qurulmalıdır.
22:15 06.05.2026
Oxunuş sayı: 55