Ermənistan və ABŞ rəsmiləri TRIPP layihəsinin perspektivlərini müzakirə ediblər
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ rəsmisi ilə keçirilən görüş barədə açıqlama yayıb.
Crossmedia.az xəbər verir ki, "Armenpress"in məlumatına görə, Qriqoryan ABŞ Dövlət Katibinin köməkçisinin müavini Sonata Kulter ilə görüşüb.
O, sosial şəbəkə paylaşımında tərəflərin Vaşinqton Sazişləri çərçivəsində əməkdaşlığın nəticələrini müzakirə etdiyini bildirib.
Görüş zamanı, həmçinin TRIPP layihəsi çərçivəsində aparılan işlər və gələcək addımların da gündəmə gətirildiyi qeyd olunub.
Qriqoryan əlavə edib ki, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də fikir mübadiləsi aparıblar.
20:13 06.05.2026
Oxunuş sayı: 44