Zelenski: Moskva ətrafında müdafiə gücləndirilir
Ukrayna Prezidenti Volodimir Zelenski Moskva ətrafında hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski bildirib ki, Rusiya paytaxt bölgəsində hava hücumundan müdafiə sistemlərini daha da aktivləşdirir və bəzi sistemləri regionlardan Moskvaya yönləndirir. Onun sözlərinə görə, bu addımlar Rusiyanın ümumi təhlükəsizlik vəziyyətindən çox hərbi paradda mümkün risklərin qarşısını almağa fokuslandığını göstərir.
Ukrayna Prezidenti əlavə edib ki, digər regionlarda müdafiə sistemlərinin zəiflədilməsi Ukrayna üçün genişmiqyaslı sanksiyalar və uzaqmənzilli imkanlar baxımından əlavə fürsətlər yarada bilər.
19:48 06.05.2026
Oxunuş sayı: 51