Türkiyənin kənd təsərrüfatı və meşə naziri WUF13 barədə məlumatlandırılıb
Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov arasında görüş keçirilib.
Bu barədə Crossmedia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub, Cəbrayıl rayonunda həyata keçirilən “Türkiyə-Azərbaycan Beynəlxalq Təlim Mərkəzi və Ağıllı Tinglik” layihəsi çərçivəsində görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə (WED) hazırlıq prosesi barədə qonaqlara məlumat verilib.
20:03 06.05.2026
Oxunuş sayı: 41