ABŞ Oman körfəzində İran tankerinə atəş açıb
ABŞ hərbi qüvvələri Oman körfəzində İran bayrağı altında üzən neft tankerinə qarşı əməliyyat həyata keçirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı ABŞ qüvvələri İran limanına doğru hərəkət edən, yük daşımayan M/T “Hasna” tankerinin qarşısını almağa çalışıb. Bildirilib ki, gəmi heyətinə blokadanı pozduqları barədə dəfələrlə xəbərdarlıq edilib.
Məlumata görə, ekipaj verilən göstərişlərə əməl etmədikdən sonra ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən güc tətbiq olunub. Belə ki, "USS Abraham Lincoln" aviadaşıyıcısından havaya qalxan F/A-18 “Super Hornet” qırıcı təyyarəsindən 20 mm-lik top atəşi açılıb.
Atəş nəticəsində tankerin sükan sistemi sıradan çıxarılıb və gəmi hərəkətini davam etdirə bilməyib. Nəticədə “Hasna” tankeri İrana doğru üzməni dayandırmağa məcbur olub.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
23:42 06.05.2026
Oxunuş sayı: 54