SEPAH-a qadağa qoyulub
Kanadanın Baş naziri Mark Karni İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı yeni məhdudiyyət elan edib.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Kanadanın Baş naziri bildirib ki, SEPAH üzvlərinin ölkəyə daxil olması tam şəkildə qadağan edilib. Onun sözlərinə görə, bu qərar milli təhlükəsizlik tədbirləri çərçivəsində qəbul olunub və İran vətəndaşlarının viza müraciətləri də daha ciddi yoxlamadan keçirilir.
Karni qeyd edib ki, son bir il ərzində aparılan yoxlamalar nəticəsində 20 mindən çox şəxsin Kanadaya girişinin qarşısı alınıb. O vurğulayıb ki, bu rəqəm SEPAH üzvlərinə aid deyil, ümumi təhlükəsizlik tədbirlərinin miqyasını göstərmək üçün təqdim olunub.
Baş nazir əlavə edib ki, ölkəyə giriş üçün ciddi nəzarət mexanizmləri mövcuddur və bu sistemlərin effektivliyi davamlı şəkildə qiymətləndirilir. Onun sözlərinə görə, əsas məqsəd Kanadanın təhlükəsizliyini təmin etməkdir və SEPAH üzvlərinin ölkəyə girişinə heç bir halda icazə verilməyəcək.
20:24 06.05.2026
Oxunuş sayı: 1676