Əraqçi: İran və digər ölkələr arasında yeni əməkdaşlıq dövrü başlayır
İranın xarici işlər naziri Abbas Əraqçi Çində səfərdə olarkən İranın beynəlxalq münasibətlərində yeni mərhələnin başladığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir qeyd edib ki, İran hazırda digər ölkələrlə əməkdaşlığını genişləndirməyi planlaşdırır və beynəlxalq arenada daha aktiv rol oynamağa hazırlaşır. Onun sözlərinə görə, Çin də müharibədən sonrakı İranın əvvəlkindən daha güclü mövqeyə malik olduğunu və bu dəyişikliklərin ölkənin nüfuzunu artırdığını hesab edir.
Əraqçi vurğulayıb ki, Pekində keçirilən görüşlərdə əsasən müharibə sonrası vəziyyət, nüvə proqramı, sanksiyalar, Hörmüz boğazı ilə bağlı təhlükəsizlik məsələləri və davam edən diplomatik danışıqlar müzakirə olunub.
O əlavə edib ki, İran beynəlxalq əməkdaşlıqda yeni dövrə daxil olur və bu proses yaxın gələcəkdə daha da genişlənəcək.
20:29 06.05.2026
Oxunuş sayı: 43