Rusiyada məktəblilər arasında aparılan sorğunun nəticələri təəccübləndirib
Rusiya məktəbliləri arasında aparılan sorğu sosial şəbəkə istifadəsinə dair maraqlı mənzərə ortaya çıxarıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ölkədə platformalara qoyulan məhdudiyyətlərə baxmayaraq, yeniyetmələr arasında "Telegram" və "YouTube" istifadəsi olduqca yüksək səviyyədə qalır.
Sorğunun nəticələrinə əsasən, 7–11-ci sinif şagirdlərinin 88%-i hər gün "Telegram"dan istifadə edir, 57%-i isə "YouTube"a baxır. Eyni zamanda, 52% "TikTok", 19% isə "Instagram" platformasına gündəlik daxil olur.
Rusiya istehsalı platformalar isə daha az istifadə olunur: 40% "VK", 18% "Max", yalnız 7% isə "Rutube"dan istifadə edir.
Sorğu, həmçinin göstərib ki, yeniyetmələrin yarıdan çoxunun sosial şəbəkə hesabı olsa da, onların böyük hissəsi aktiv paylaşım etmir. Yalnız 10% özünü aktiv bloqçu kimi təqdim edir. Ən çox paylaşımlar isə şəxsi həyat, hobbilər, səyahət və məktəb mövzularını əhatə edir.
00:20 07.05.2026
Oxunuş sayı: 48