Gəncədə zavodda yanğın: hadisə yerinə dərhal müdaxilə edildi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda yanğın baş verməsi barədə məlumat daxil olub.
Crossmedia.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
07:30 05.05.2026
Oxunuş sayı: 43