BƏƏ OPEC+ təşkilatından çıxır
Birləşmiş Ərəb Əmirlikləri 1 may 2026-cı il tarixindən etibarən Neft İxrac Edən Ölkələr Təşkilatından və OPEC+ təşkilatından çıxmaq qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, əmirliklərin dövlət xəbər agentliyi "WAM" məlumat yayıb.
Bu qərar Fars körfəzi və Hörmüz boğazındakı böhranın yaratdığı davam edən geosiyasi qeyri-sabitlik nəzərə alınmaqla ölkənin uzunmüddətli strateji və iqtisadi strategiyasına uyğundur.
19:53 28.04.2026
Oxunuş sayı: 47