Erməni ekspert Azərbaycan və Türkiyəni hədəf göstərdi, böyük müharibənin anonsunu verdi: Təxribat, yoxsa proqnoz?
“İran ətrafında baş verən geosiyasi proseslər və Yaxın Şərqdəki vəziyyət genişmiqyaslı hərbi qarşıdurma riskini artırır. İranda Türkiyə–Azərbaycan tərəfinin mümkün hücum ehtimalı ilə bağlı narahatlıqlar müzakirə olunur”.
Crossmedia.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu erməni şərqşünas və politoloq Karine Gevorgyan deyib.
Ekspert, həmçinin bildirib ki, onun fikrincə, Azərbaycan və Türkiyə sərhədləri yaxınlığında keçirilən hərbi təlimlər regionda eskalasiya riskini artıran amillərdən biridir. O, İranda bu məsələlərin artıq parlament səviyyəsində də müzakirə olunduğunu iddia edib.
Politoloq əlavə edib ki, regionda keçirilən genişmiqyaslı hərbi təlimlər vəziyyəti daha da gərginləşdirə bilər. O, gərginliyin müharibəyə çevrilməsi ehtimalını istisna etməyib.
18:06 28.04.2026
Oxunuş sayı: 39