Tramp Putindən danışdı, Kral Çarlz mövzunu dəyişdi
ABŞ Prezidenti Donald Tramp Kral Çarlzla görüşdə Rusiya Prezidenti Vladimir Putinlə bağlı diqqətçəkən açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Sun” nəşri yazıb.
Dodaq oxuma mütəxəssisinin iddiasına görə, Ağ Evdə baş tutan söhbət zamanı Tramp “indi Putinlə danışıram – o, müharibə istəyir” deyib və onun daha çox gərginlik istədiyini bildirib. O, həmçinin Putinin planlarını həyata keçirməsi halında “əhalinin məhv ola biləcəyi” barədə xəbərdarlıq edib.
Məlumata görə, Kral Çarlz daha sonra mövzunun dəyişdirilməsini təklif edib.
17:38 28.04.2026
Oxunuş sayı: 48