Qazaxıstan 260 min ton neftin ixrac istiqamətini dəyişir
Qazaxıstan may ayında ümumilikdə 260 min ton neftin ixrac istiqamətini dəyişdirəcək.
Crossmedia.az TASS-a istinadən bildirir ki, buna səbəb “Drujba” neft kəməri vasitəsilə Almaniyaya nəql imkanlarının məhdudlaşmasıdır.
Qeyd edək ki, neftin alternativ marşrutlarla ixracı Rusiyanın ərazisi üzərindən həyata keçiriləcək. Planlaşdırmaya əsasən, 100 min ton neft Ust-Luqa limanı vasitəsilə, 160 min ton isə Xəzər Boru Kəməri Konsorsiumu (KKT) xətti ilə nəql olunacaq.
08:57 28.04.2026
Oxunuş sayı: 48