Ukrayna bu il iki dəfə çox dron alıb
Ukrayna bu il 2025-ci ildəkindən iki dəfə çox tutucu dron alıb.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Mixail Federov deyib.
Onun sözlərinə görə, bu cür dronlar artıq Şahed və digər PUA-ları vurmaq üçün fəal şəkildə istifadə olunur və kiçik hava hücumundan müdafiə sisteminin bir hissəsidir.
Mart ayında onlar rekord sayda - 33.000 dron vurublar.
Fedorov qeyd edib ki, onlar raket sistemlərindən xeyli ucuzdur və ənənəvi hava hücumundan müdafiə sistemlərinə düşən yükü azaltmağa imkan verir.
05:50 28.04.2026
Oxunuş sayı: 46