Rusiyada daha bir top menecer vəfat edib
Rusiyada daha bir top menecer vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, "Yandex"-in keçmiş top meneceri Sergey Loiter və daha üç nəfər fırtına zamanı Volqoqrad vilayətində balıq tutmağa gediblər. Qayıq yoxa çıxıb, üç nəfərin cəsədi isə artıq tapılıb, daha bir nəfərin axtarışı isə davam edir.
Media mənbələri Loiterin başından xəsarət aldığını, ehtimal ki, qayığın aşması və ya maneəyə dəyməsi nəticəsində xəsarət aldığını bildirib.
"The Moscow Times" qəzeti qeyd edir ki, müharibənin başlamasından bəri Rusiyada müxtəlif şəraitdə ən azı 20 top menecer ölüb.
04:00 28.04.2026
Oxunuş sayı: 35