Aİ Ermənistana yardımı dayandırır?
Avropa İttifaqının(Aİ) Ermənistandakı Nümayəndəliyi ölkə KİV-lərinin Aİ-nin büdcə kəsiri və Ukraynaya xərclərin prioritetləşdirilməsi səbəbindən təşkilatın Ermənistana maliyyə yardımının gecikdirilməsi barədə məlumatlarını qəti şəkildə təkzib edib.
Crossmedia.az xəbər verir ki, bu barədə nümayəndə heyətinin "NEWS.am" saytının sorğusuna rəsmi cavabında bildirilib.
Daha əvvəl "Hraparak" qəzeti xəbər vermişdi ki, aprelin 14-də keçirilən görüşdə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Ermənistana vəd edilmiş 50 milyon avroluq yardımın gecikməsi barədə məlumatlandırıb.
Təşkilat bu vəsaitləri, digər məsələlərlə yanaşı, parlament seçkiləri ərəfəsində "dezinformasiya və xarici təsirlə mübarizə" üçün ayıracağına söz verib.
"Biz bu cür iddiaları qəti şəkildə təkzib etmək istərdik. Ermənistan üçün nəzərdə tutulan Aİ yardımının heç bir gecikməsi və ya yenidən bölüşdürülməsi olmayıb. Əksinə, biz əməkdaşlığımızı gücləndiririk", - deyə cavabda bildirilib.
22:50 27.04.2026
Oxunuş sayı: 69