Ukrayna və İsrail arasında diplomatik böhran yaranır
İşğal olunmuş Ukrayna ərazilərindən oğurlanmış buğda daşımaqda şübhəli bilinən PANORAMITIS gəmisi Hayfa limanına daxil olub yükünü boşaldarsa, bu, Ukrayna ilə İsrail arasındakı münasibətlərdə böhrana səbəb olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın yüksək vəzifəli diplomatik mənbəyi "Axios"-a bildirib.
İddiaya görə, Təl-Əviv Hayfada oğurlanmış buğdanı boşaldan əvvəlki gəmi ilə bağlı Kiyevin tələblərini əsasən "qulaqardına vurub".
"Düzünü desəm, Ukraynanın nümayiş etdirdiyi strateji xoşməramlılığı nəzərə alsaq - SEPAH-ı terrorçu kimi tanımaqdan tutmuş antisemitizmi cinayətkar hesab etməyə qədər - bu, üzünə şillə kimi hiss olunur."
20:17 27.04.2026
Oxunuş sayı: 53