Livan prezidenti İsrailə cavab verib
Livan prezidenti Cozef Aun İsraillə birbaşa danışıqlar mövzusunda hökuməti xəyanətdə ittiham edən Hizbullah lideri Nəim Qasımın açıqlamalarına sərt cavab verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Aun bildirib ki, Livan hökuməti xain deyil və ölkəni xarici maraqlar naminə müharibəyə sürükləyənlər xəyanət edən tərəfdir.
“Biz xain deyilik. Xainlər xarici maraqlara xidmət etmək üçün ölkələrini müharibəyə sürükləyənlərdir”, – deyə Livan prezidenti vurğulayıb.
Qeyd edək ki, bir neçə saat əvvəl Hizbullahın baş katibi Nəim Qasım bəyanat yayaraq hökumətin İsraillə danışıqlarına qəti şəkildə qarşı çıxdığını və təşkilatın heç bir halda tərksilah planını qəbul etməyəcəyini açıqlamışdı.
18:58 27.04.2026
Oxunuş sayı: 49