Putin: İran xalqı suverenliyi uğrunda mübarizə aparır
Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüş keçirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Görüş zamanı Putin bildirib ki, İranın ali rəhbərindən mesaj alıb. Onun sözlərinə görə, İran xalqı hazırkı sınaq dövründə suverenliyi uğrunda cəsarətlə və qəhrəmancasına mübarizə aparır.
Rusiya prezidenti qeyd edib ki, Moskva İran xalqının bu çətin mərhələni dəf edəcəyinə və bölgədə sülhün bərqərar olacağına ümid edir. Putin əlavə edib ki, Rusiya Yaxın Şərqdə sabitliyin təmin olunması üçün İranın və region ölkələrinin maraqları naminə mümkün olan bütün addımları atmağa hazırdır.
Putin İranın ali rəhbərinə cansağlığı və ən xoş arzularını çatdırmağı xahiş edib.
Əraqçı bildirib ki, İranın ali rəhbəri və prezident Məsud Pezeşkian da Putinə xoş arzularını çatdırıblar.
18:05 27.04.2026
Oxunuş sayı: 39