Ermənistanda Rusiyayönlü YouTube kanalları silinib
Ermənistanda Rusiyanı müsbət təqdim edən onlarla YouTube kanalının silindiyi bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ermənistanda fəaliyyət göstərən ictimai fəal və QHT rəhbəri Daniel İoannisyanın sözlərinə görə, həmin kanalların siyahıları ABŞ senatorlarına təqdim olunub və daha sonra Alphabet Inc. rəhbərliyinə tədbir görülməsi üçün müraciət edilib.
İoannisyan bildirib ki, silinmələr təkcə siyasi məzmunlu kanallara deyil, həmçinin tarixi mövzulara və Qərb fondlarını və müxalifəti tənqid edən materiallar paylaşan səhifələrə də təsir edib.
16:35 27.04.2026
Oxunuş sayı: 47