Ukraynada döyüşlərdə azərbaycanlı həlak olub
Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresi bildirib ki, 20 yaşlı İsmayıl Əsgərov Ukrayna uğrunda döyüşlərdə həlak olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, o, 18 aprel 2026-cı ildə Donetsk vilayətinin Pokrovski rayonunun Şevçenko kəndi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən həyatını itirib.
Qeyd olunur ki, İsmayıl Əsgərov 24 sentyabr 2005-ci ildə Xarkov şəhərində anadan olub.
16:13 27.04.2026
Oxunuş sayı: 46