Husilər Bab əl-Məndəbdə rüsum tətbiq etməyi planlaşdırır
Yəmənin Ənsarullah hərəkatı Bab əl-Məndəb boğazından keçən gəmilər üçün rüsum tətbiq etməyi nəzərdən keçirir.
Crossmedia.az bu barədə “Al Akhbar” a istinadən xəbər verir.
Məlumata əsasən, bu yanaşma Hörmüz boğazı üzərində tətbiq olunan mexanizmə bənzər model kimi qiymətləndirilir.
Qeyd olunur ki, belə bir addım beynəlxalq dəniz ticarətinə və regionda təhlükəsizlik vəziyyətinə ciddi təsir göstərə bilər.
15:25 27.04.2026
Oxunuş sayı: 56