Hörmüz kritik nöqtədə: London–Vaşinqton hərəkətə keçdi
Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmiçiliyin bərpasının vacibliyini müzakirə ediblər.
Crossmedia.az bu barədə "Reuters" ə istinadən xəbər verir ki, tərəflər bu məsələnin qlobal iqtisadiyyata ciddi təsir göstərdiyini vurğulayıblar.
Starmer həmçinin Fransa prezidenti Emmanuel Makron ilə birlikdə irəli sürdüyü təşəbbüs barədə Trampı məlumatlandırıb.
09:49 27.04.2026
Oxunuş sayı: 46