Pakistan ABŞ–İran danışıqlarını xilas etməyə çalışır
Pakistan rəsmiləri ABŞ–İran danışıqlarının davam etməsi üçün vasitəçilik səylərini artırıblar.
Crossmedia.az bu barədə "Associated Press"ə istinadən xəbər verir.
Məlumata əsasən, danışıqların ikinci mərhələsinin başlanması tərəflər arasında ciddi fikir ayrılıqları səbəbilə ləngiyir. İran ABŞ-ın limanlarına qarşı tətbiq etdiyi blokadanın dayandırılmasını tələb edir.
ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində Hörmüz boğazı-nın açılmasını və İranın nüvə proqramı ilə bağlı güzəştlər etməsini istəyir.
23:59 26.04.2026
Oxunuş sayı: 32