"Qalatasaray" "Fənərbağça"nı üç cavabsız qolla məğlub edib
Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.
Crossmedia.az-ın məlumatına görə, XXXI turda "Qalatasaray" "Fənərbağça"nı qəbul edib.
"Rams Park" stadionundakı qarşılaşmada meydan sahibləri qalib gəlib - 3:0.
Xallarının sayını 74-ə çatdıran "sarı-qırmızılar" çempionluğa daha da yaxınlaşıb. Qonaqlar 67 xalla ikinci pillədə qərarlaşıb.
23:40 26.04.2026
Oxunuş sayı: 38